Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Zəfər bizimdir” adlı tədbir keçirilmişdir

07 noyabr 2024 | 18:15

Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Zəfər həftəsi” çərçivəsində “Zəfər bizimdir” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhid anaları, qazilər və ümumtəhsil müəssisələrinin şagirdləri iştirak etmişdir.

Tədbir iştirakçıları üçün şagirdlərin Zəfər Gününə həsr olunmuş rəsmlərindən ibarət sərgi nümayiş olunmuşdur.

Tədbirdə çıxış edənlər qonaqları şanlı Qələbə münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, bizlərə sonsuz qürur hissi, böyük səadət yaşadan qalib Ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərərək canını qurban verən şəhidlərimizə sonsuz minnətdarlıq hisslərini dilə gətirmişlər. Qeyd edilmişdir ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, xalqımızın qürur mənbəyidir.

Şəhid anaları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda muzeyə ekskursiya təşkil olunmuşdur.

Keçidlər