Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı RİHBA-nın Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirib

08 noyabr 2022 | 19:51

Noyabrın 8-də Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 8 noyabr – Zəfər Günü ilə əlaqədar Səbail RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Aydınov Orxan Xəqani oğlu və şöbənin böyük məsləhətçisi, Vətən müharibəsi qazisi Quliyev Nicat Əlyar oğlunu təbrik etmişdir.

Ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması, hər cür qayğı ilə əhatə olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov  Vətən müharibəsinin şəhidləri, eləcə də bütün şəhidlərimizlə bağlı rayon ərazisində görülmüş işlər və qarşıda duran vəzifələr, aparılan işlərin bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdıraraq şəhid ailələrinə, qazilərimizə, eləcə də Vətən müharibəsinin iştirakçılarına diqqət və qayğı ilə yanaşmağın hər bir vətəndaşın borcu olduğunu qeyd etmişdir.

Keçidlər