Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr – Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu

07 noyabr 2023 | 13:34

8 noyabr – Zəfər Günü ilə əlaqədar Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Badamdar qəbiristanlığında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuşdur. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail RİHBA-nın əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Əvvəlcə şəhidlərin əziz xatirəsinə quraşdırılmış xatirə lövhəsi, daha sonra ölkəmizin müstəqilliyi və torpaqlarımızın azad olunması naminə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları önünə gül dəstələri qoyulmuş və onların ruhlarına dualar oxunmuşdur.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı və 44 gündən sonra Böyük Zəfərlə başa çatan Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlər və qazilərin qürur mənbəyimiz olduğunu bildirmişdir. RİH başçısı 19 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın növbəti Qələbəsi olduğunu, Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü ilə bərpa etdiyini vurğulayaraq bildirmişdir ki: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tərəfindən 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu, böyük xoşbəxtlik və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi fəxr edəcəklər”.

Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri tərəfindən Azərbaycan xalqına unudulmaz və hədsiz fəxarət hissləri yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə olunmuşdur.

Keçidlər