Səbail rayonunda 8 noyabr - Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ‘Zəfər həftəsi’ çərçivəsində Səbail məktəbliləri arasında ‘Zəfər’ estafet yarışı baş tutmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, Olimpiya mükafatçısı, Dünya və Avropa çempionu, şöhrət ordenli Rəsul Çunayev, 189-190 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov, OCEP layihəsinin ekspert qrupunun sədri, qabaqcıl təhsil işçisi Namiq Cəfərov, müəllim və şagird heyəti iştirak etmişlər.
Səbail rayonunun ümumtəhsil məktəblərinin iştirakı ilə keçirilmiş yarışın yekununda 1-ci yerə 189-190 nömrəli tam orta məktəb, 2-ci yerə 2 nömrəli texniki-humanitar lisey, 3-cü yerə 7 nömrəli tam orta məktəb layiq görülmüşdür. Sonda bütün qaliblər medallar, diplomlar və hədiyyələrlə mükafatlandırılırmışdır.