Səbail rayonunda 8 noyabr - Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Zəfər həftəsi” çərçivəsində qazilər və Səbail rayonun ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri arasında "Zəfər" stolüstü tennis turniri baş tutmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, BŞGİİ-nin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, qazilər və fiziki tərbiyə müəllimləri iştirak etmişlər. Səbail rayon qazilərinin və rayonun ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə keçirilmiş turnirin yekununda qaliblər müəyyən olunmuşdur. Sonda bütün qaliblər hədiyyələrlə mükafatlandırılmışdır.