Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə əlaqədar “Şəhidlər” abidə kompleksi ziyarət edildi

08 noyabr 2022 | 19:25

Noyabrın 8-də Zəfər günü ilə əlaqədar Səbail rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş“Şəhidlər” abidə kompleksi ziyarət edilmişdir. Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail RİHBA-nın əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov dövlət tərəfindən hər zaman vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə və onların ailələrinə, həmçinin, müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdıraraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.
Mərasimdə iştirak edən şəhidlərin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər