Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Zəfər günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

07 noyabr 2026 | 16:24

Səbail rayonunda Zəfər günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Muzeyində tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva, şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli, qazilər, Vətən müharibəsi iştirakçıları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak etmişlər. Rəsmi hissədə çıxış edən natiqlər Azərbaycan Respublikasının Dövlət Bayrağının dövlətçilik tariximizdəki xüsusi yeri və əhəmiyyətindən bəhs etmiş, onun milli kimliyimizin və müstəqilliyimizin əsas rəmzlərindən biri olduğunu bildirmişlər. Çıxışlarda xüsusilə vurğulanmışdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər sayəsində üçrəngli bayrağımız bu gün işğaldan azad edilmiş doğma torpaqlarımızda, Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Natiqlər 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək, məhz onların qəhrəmanlığı sayəsində dövlət rəmzlərimizin bu gün əsl tarixi dəyərinə və şanlı Zəfər ruhuna qovuşduğunu diqqətə çatdırmışlar. Çıxışlardan sonra tədbir iştirakçılarına Dövlət Bayrağı Meydanının yaradılması, tarixi və ölkəmizin ictimai həyatındakı mühüm əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Tədbir çərçivəsində qonaqlar üçün Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil olunmuşdur.

Keçidlər