Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib

07 noyabr 2024 | 19:17

Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Zəfər həftəsi” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, RİHBA-nın və Milli Kitabxananın əməkdaşları iştirak etmişlər.

Tədbirdə çıxış edənlər iştirakçıları təbrik edərək, bildirmişlər ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti sayəsində müqəddəs torpaqlarımız düşmən işğalından azad olunmuşdur. Qeyd etmişlər ki, müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Tədbirin davamında bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Zəfər Günü Şanlı Tariximizdir!” adlı elektron məlumat bazası nümayiş olunmuşdur. Sonda iştirakçılar Zəfər gününə həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar.

Keçidlər