Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlərin təltifetmə mərasimi keçirilmişdir

15 noyabr 2022 | 14:54

Səbail rayon İcra Hakimiyyətinin dəstəyi və Səbail rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə və 8 Noyabr “Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlərin təltifetmə mərasimi keçirilmişdir.
Tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, RİHBA-nın əməkdaşları, Vətən müharibəsi qazisi Rüstəm Ələkbərov, rayon orta ümumtəhsil məktəblərinin nümayəndələri və şagirdləri iştirak etmişlər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir zamanı hərbi sahədə qazanılan qələbələrdən söz açılmış, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi vurğulanmışdır. Bildirilmişdir ki, bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Sonda silsilə tədbirlərin qalib komandaları və iştirakçları Səbail rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olundu.

Keçidlər