Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilmişdir

07 noyabr 2022 | 18:06

Noyabrın 5-də Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Velosiped Federasiyası, Səbail Rayon Gənclər və İdman İdarəsi, "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilmişdir.

Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və Azərbaycan milli komandasının üzvlərinin iştirak etdiyi veloyürüşə “Azneft” dairəsindən start verilmiş, iştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurmuşlar. Sonda yürüş iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət etmişlər.

Keçidlər