Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

05 noyabr 2025 | 12:06

8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi ünvanında ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 500-dən çox eldar şamı, küknar ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir. Daha sonra ərazidə təmizlik işləri görülmüş və mövcud ağacların dibi quru otlardan təmizlənmişdir.

Keçidlər