Səbaildə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Vətən müharibəsi iştirakçıları Salman Xudaverdiyev, Əsgər Əhmədov, Ramin Şirinov, Qafar Məmmədəliyev və digər müharibə əlilləri və veteranları iştirak etmişlər.
Görüş zamanı cıxış edən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi qeyd edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən qazilər və müharibə iştirakçıları ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.






