Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Kino Mərkəzində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

07 noyabr 2025 | 19:10

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində milli qürurumuzun təntənəsi olan 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov, Səbail Rayon Prokuroru Natiq Əsədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Səbail Rayon Məhkəməsinin sədri Azər Paşayev, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Vətən müharibəsi iştirakçıları Salman Xudaverdiyev, Əsgər Əhmədov, Ramin Şirinov, Qafar Məmmədəliyev, şəhidlərin ailə üzvləri, müharibə əlilləri, veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiyanın tam yerinə yetirildiyini diqqətə çatdırmışdır. RİH başçısı qeyd etmişdir ki, istər 44 günlük Vətən Müharibəsi, istərsə də 2020-ci ildən Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən böyükmiqyaslı quruculuq işləri, məcburi köşkünlərimizin ata-baba yurdlarına geri dönməsi, həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ölkəmizin hərtərəfli inkişafını təsdiq edən Zəfərdir.
Tədbir zamanı çıxış edənlər şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edildiyini qeyd etmişlər.
Tədbirin davamında 23 saatlıq antiterror əməliyyatından bəhs edən “Səbrin sonu” sənədli filmi nümayiş olunmuşdur.

Keçidlər