Səbail rayon ictimaiyyəti Zəfər Gününün altıncı ildönümündə Zəfər Parkını ziyarət ediblər
08 noyabr 2026 | 17:16
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və əməkdaşları, bələdiyyə sədrləri, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, kollecin müəllim və tələbələri, RİH başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri Zəfər Gününün altıncı ildönümü münasibətilə Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı xatirə abidəsinin önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.






