Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Zəfər sədası” adlı tədbir keçirilmişdir

05 noyabr 2024 | 18:16

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı YAP Səbail rayon təşkilatının və  Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə “Zəfər həftəsi” çərçivəsində 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər sədası” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhid ailə üzvləri və qazilər iştirak etmişlər. Tədbir Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbir zamanı çıxış edənlər Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək  bildirmişlər ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda Ulu öndər Heydər Əliyevin başlatdığı mübarizə layiqli şəkildə davam etdirilmiş və uğurla sona çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altındakı torpaqlarımızın azad edilməsi üçün göstərdiyi iradə və qətiyyət sayəsində İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanılmışdır. Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. Qeyd edilmişdir ki, rəşadətli Ordumuz 44 gün ərzində mümkünsüzü mümkün edərək bizə həddi-hüdudu olmayan sevinc hissi yaşatmışdır. Tədbirdə ansamblların iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş olunmuş, milli musiqi janrlarına aid olan mahnılar, musiqilər səsləndirilmişdir. Sonda bütün iştirakçılara hədiyyələr təqdim olunmuşdur.

Keçidlər