Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar “Zəfər və Bayraq – Qürurumuzun rəmzi” adlı tədbir keçirilib

06 noyabr 2025 | 17:00

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər həftəsi” nə həsr olunmuş 9 Noyabr - Bayraq Günü münasibətilə Dövlət Bayrağı Muzeyində “Zəfər və Bayraq – Qürurumuzun rəmzi” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşkilatın əməkdaşları, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantları iştirak etmişlər.

Tədbir zamanı bildirilmişdir ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Qeyd olunmuşdur ki, Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur.

Daha sonra Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışılaraq qonaqlara ətraflı məlumat verilmiş, ekskursiya təşkil olunmuşdur.

Keçidlər