Səbaildə “Zəfərə aparan yol” adlı intellektual yarış keçirilimişdir
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8 Noyabr – Zəfər Günü”nün beşinci ildünömü ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Zəfər həftəsi”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" formatında “Zəfərə aparan yol” adlı intellektual oyun keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Leyli Mirzəyeva və şöbənin məsul əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov və sektorun məsul əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun ictimaiyyətlə əlaqələr məsələləri üzrə müşaviri Zaur Məmmədov, tələbələr iştirak etmişlər.
Tədbir zamanı gənclərə “8 Noyabr – Zəfər Günü”nün əhəmiyyətindən danışılmış, Səbail rayonu ərazisində həyata keçirililən layihə və tədbirlər barədə məlumat verilmişdir.
Sonda qalib və iştirakçı komandalar diplom, sertifikat və hədiyyələrlə mükafatlandırılışlar.






