Şriftin ölçüsü :

Saytın rəngi :

Təşkilatın sədri

Nağıyev Muxtar Teymur oğlu

1959-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Naxçıvan 1 saylı orta təhsil məktəbini bitirmişdir.

1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.

1982-ci ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda Azərenerji SC-nin Enerji-nəzarət idarəsinin rəis müavinidir.

1991-ci ildə texnika elmlər namizədi elmi dərəcəsini qazanmışdır.

1992-ci ildən YAP-ın Respublika təşkilatının yaranması prosesində fəal iştirak etmişdir.

YAP Səbail rayon təşkilatının ilk yaradıcılarından biri kimi xüsusi fəallıq göstərmişdir.

10 sentyabr 2021-ci il tarixində YAP İdarə Heyətinin qərarı ilə Muxtar Nağıyev YAP Səbail rayon təşkilatının sədri təyin olunmuşdur.

 

Keçidlər