Şriftin ölçüsü :

Saytın rəngi :

6 saylı məktəb-liseyin şagirdləri Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul etmişlər

16 iyun 2017 | 16:00

 

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə

        Əziz və hörmətli cənab Prezident !

Biz Sizinlə fəxr edirik !

Fəxr edirik ki, dünyada Sizin kimi böyük nüfuz sahibi və görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik edir. Qurur duyuruq ki, Sizin kimi dahi şəxsiyyətin məzunu olduğu məktəbdə təhsil alırıq.

Bu gün Sizin Azərbaycanımıza qazandırdığınız uğurları fərəhlə izləyir, əldə olunan qələbələri böyük sevinc hissi ilə qarşılayırıq.

Sizin dərin zəkanız, qeyri adi istedadınız, sarsılmaz iradənizlə həyata keçirilən müdrik siyasətiniz nəinki ölkəmizdə, eləcə də bütün dünyada rəğbətlə qarşılanır, ölkəmizin nüfuzunu günbəgün artırır. Sizin parlaq fəaliyyəniniz sayəsində biz gənc  nəslin nümayəndələri Azərbaycanda əmin-amanlıq şəraitində yaşayır, təhsil alir,  yaradılan bu şəraitdə daha da inkişaf edirik. Bu gün Azərbaycan qazandığı nailiyyətlərlə bütün dünya tərəfindən qəbul edilir və onun layiqli, əhəmiyyətli bir hissəsi kimi çıxış edir.

Sizin uğurlu və möhtəşəm fəaliyətiniz, həyat yolunuz  hər bir vətənpərvər Azərbaycanlı üçün bir nümunədir və  bizim kimi yeniyetmə və gəncləri həvəslə oxumağa, biliklərə yiyələnməyə, daha da çox çalışmağa ruhlandırır.

            Əziz Prezidentimiz !

            Həyata keçirdiyiniz bu tarixi işlərə görə biz şagirdlər Sizə minnətdarıq. Minnətdarıq ki, məhz Sizin xüsusi diqqət və qayğınız sayəsində biz bu müasir  məktəbdə oxuyuruq. O məktəbdə ki, Sizin sərəncamınızla sökülərək yenidən, ən yüksək standartlara uyğun tikilmiş və iştirakınızla istifadəyə verilmişdir. Bu gün Sizin kimi dahi, dünya şöhrətli siyasi xadimin ən fəxri məzunu olduğu belə bir məktəbdə oxumaq bizim hər birimiz üçün böyük xöşbəxtlik və şərəfdir.

            Hörmətli cənab Prezident !

            Bizə yaratdığınız şəraitə, məktəbimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, səmimi və xoş arzularımızı çatdırır və taleyüklü işlərinizdə uğurlar, yeni qələbələr arzulayırıq.

Bir daha bəyan edirik ki, biz Sizinlə fəxr edirik!

         Hər zaman Sizə sadiq olan Bakı şəhəri, Səbail rayonu, 6 № li məktəb-liseyin şagirdləri

Müraciət 6 №-li məktəb liseydə keçirilən Azərbaycan Xalqının Milli Qurtuluş gününə həsr olunmuş elmi konfransda qəbul edilmişdir.

Məktəb şagirdlərinin müraciəti http://www.president.az/articles/24212 saytında yerləşdirilib.  14.06.2017-ci il saat 18-00

Keçidlər