Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Azərbaycan tarixindən yekun konfrans keçirildi

21 dekabr 2017 | 16:00

Rayon rəhbərliyi, rayondakı idarə, təşkilat və digər qurumların, təhsil müəssisələrinin rəhbərləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, pedaqoji kollektivlərin təmsilçilərinin və rayonun orta məktəblərinin şagirdlərinin, valideynlərin iştirakı ilə bu konfranslarin təşəbbüsçüsü olan 6 №-li məktəb-liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrayon konfransı keçirilmişdir.
İlk öncə məktəbdəki Heydər Əliyev muzeyinin qarşısında qonaqlar və tədbir iştirakçılarına məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları nümayiş olunmuş və həmin tarixi şəxsiyyətin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verilmişdir. Bu zaman onları Bülbül adına orta-ixtisas musiqi məktəbinin muğam üçlüyü müşayət etmişdir.
Konfransı açıq elan edən 6 №-li məktəb-liseyin direktoru Gülşən Orucova qonaqları salamlamış, məktəbdə kitabın çapı ilə bağlı görülən işlər barədə məlumat vermiş, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində özünə məxsus yer tutduğunu bildirərək onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışmışır.
Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin məzunu olduğu bu məktəbin belə konfranslarının təşəbbüskarı olduğunun təqdirəlayiq hal kimi qeyd edərək Ulu öndər Heydər Əliyevin zəngin irsi və Prezident İlham Əliyevin hamı tərəfindən dəstəklənən fəaliyyəti barədə ətraflı məlumat vermiş,  qeyd etmişdir ki, Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan tarix konfranslarinda Səbail rayonunun orta məktəblərinin 300-dən çox şagirdi Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid məqalələrlə çıxışlar etmiş, sonda Səbail RİH  tərəfindən şagirdlərin hazırladıqları məqalələrdən seçilən 47 işin toplandığı “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın 2-ci cildi hazırlanmış və bu yekun konfransda həmin kitab ictimaiyyətə təqdim olunur. Bu kitabın nəşri həm də  şagirdlərimizin gələcəkdə tariximizi daha dərindən öyrənmələrinə, onun ayrı-ayrı dövrlərinin araşdırılmalarına marağı artıracaqdır. O, məktəbliləri və onların müəllimlərini belə bir maraqlı kitabın işıq üzü görməsi ilə bağlı təbrik etmişdir.
Konfrans iştirakçılarından 6 №-li məktəbin şagirdi Mətanət Quliyeva, 7 №-li məktəbin şagirdi Emil Rüstəmli, 2 №-li Texniki-Humanitar elmlər liseyinin  şagirdi Yəmən Əzizli, 91-№-li məktəbin şagirdi Elmira Qoca və başqaları kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq bildirilmişlər.
Digər çıxışlarda gələcəkdə də bu seriyadan olan yeni kitabların çap olunacağı  qeyd olunmuşdur.

Keçidlər