Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində növbəti səyyar qəbul keçirildi.

07 fevral 2019 | 16:00

Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov sakinlərlə növbəti səyyar qəbulunu Bibiheybət qəsəbəsində yerləşən 50 nömrəli orta məktəbdə keçirib.  Qəbulda Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Bibiheybət qəsəbə nümayəndəliyi əməkdaşları,  rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını qeyd edən sakinlər əvvəlcə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər daha sonra onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər.
Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün icra başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər