Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Səbail rayonunda qeyd olunmuşdur

01 iyun 2019 | 16:00

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə azyaşlılar üçün xüsusi tərtibatla bəzədilmiş “Sahil” bağında çoxsaylı uşaqların iştirak ilə bayram tədbiri keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bayram tədbirinə toplaşan uşaqları salamlayaraq onları “1 iyun-Uşaqların Beynəlxalq  Müdafiəsi Günü” münasibəti ilə təbrik etmişdir.
Parkda uşaqlar üçün müxtəlif rəsm və yaradıcılıq güşələri, attraksionlar, batutlar quraşdırılmışdır. Uşaqlar parkda attraksionlardan istifadə edərək bayramı böyük sevinclə qeyd etmişlər. Eyni zamanda azyaşlı istedadlar parkda onlar üçün ayrılmış ərazidə asfalt örtüyü üzərində rəsmlər çəkərək öz bacarıqlarını nümayiş etdirmişlər. Uşaqlar sevimli nağıl personajları ilə görüşüb, onlarla birlikdə rəqs edərək əylənmişlər. Sonda tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir.

Keçidlər