Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiheybət qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

13 iyun 2019 | 16:00

İyunun 13-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən 50 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü olmuşdur. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, Bibiheybət qəsəbə nümayəndəliyin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə məlumat vermişdir.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Müraciətlər əsasən küçə və yolların işıqlandırılması, sənədsiz evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olmuşdur. Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirilmiş, müvafiq izahatlar verilmiş və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər