Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda sakinlərlə növbəti səyyar qəbul keçirildi

04 iyul 2019 | 16:00

4 iyul 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun 189-190 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, 1 saylı SİƏD üzrə nümayəndəliyin əməkdaşları, bələdiyyə sədri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara əsasən əmək haqlarının, təqaüdlərin, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına, tələbələrə verilən təqaüdlərin artırılması, eyni zamanda, ödənişli əsaslarla təhsil alan tələbələrə belə təqaüdlərin verilməsi, problemli kreditlərin həll olunması bir daha göstərdi ki, bütün işlərin təməlində vətəndaşların rifah halının yaxşılaşdırılması dayanır. İmzalanmış mühüm sərəncamlar onu sübut etdi ki, ölkə vətəndaşını narahat edən ən kiçik məsələyə belə xüsusi həssaslıqla yanaşılır. Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır”.
Qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı vəziyyətdə olan eyvanların təmir olunması, qaz və işıq problemi, yeni asfalt örtüyünün salınması, ağacların budanması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda qəbulda iştirak edən sakinlər rayonda aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər