Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin problemlərinin öyrənilməsi məqsədilə yerlərdə növbəti görüşlər təşkil olunmuşdur

12 iyul 2019 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən son günlər ərzində Bayıl yaşayış sahəsi, F.Qurbanov kücəsində, 20-ci yaşayış sahəsi, Y.Mürsəlov küçəsində, Xəqani küçəsi 19/13 və Ü.Hacıbəyov küçəsi 23 ünvanlarında rayon sakinləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə rayon sakinləri ilə yanaşı, RİHB-nın müavinləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, rayonun xidmət sahələrinin, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşlərdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
RİH başçısı sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail rayonunda həyata keçirilən işlərdən söz açdı, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələri barədə ətraflı məlumat verdi.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşlərdə  200-dən çox sakin çıxış etmişdir. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini qeyd etmişlər.
Bu cür görüşlər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq keçiriləcək və gələcəkdə keçirilməsi nəzərdə tutulan görüşlər barədə məlumatlar öncədən Səbail Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsində yerləşdiriləcəkdir.

Keçidlər