Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail RİH başçısı Vuqar Zeynalov rayon sakini Rzayeva Suriyə Babaəli qızını 90 yaşı tamam olması münasibətilə təbrik etmişdir

14 sentyabr 2019 | 16:00

Sentyabrın 14-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, mənzil 22 ünvanına gələrək rayon sakini Rzayeva Suriyə Babaəli qızını 90 yaşı tamam olması münasibəti ilə təbrik etmişlər.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov ad günü münasibəti ilə Rzayeva Suriyə Babaəli qızına uzun ömür və can sağlığı arzulayaraq qeyd etmişdir ki: “50 ildən çoxdur mədəniyyət sahəsində çalışdığınız dövr ərzində ölkəmizin intelektual potensialının möhkəmlənməsinə və gənclərin düzgün istiqamətdə inkişaf etmələri üçün çox dəyərli töhfələr vermisiniz. Sizin kimi təcrübəli insanlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən hər zaman böyük diqqət və qayğı ilə yanaşılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu islahatların mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə hədəflənib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir”. Daha sonra rayon sakini Rzayeva Suriyə Babaəli qızına ad günü münasibətilə hədiyyələr təqdim olunmuşdur.
Rzayeva Suriyə Babaəli qızı ona göstərilən qaygiya  görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışdır.

Keçidlər