Şriftin ölçüsü :

Saytın rəngi :

Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas “Fəxri Xiyaban”ı və “Şəhidlər Xiyabanı”nı ziyarət etmişdir

14 oktyabr 2019 | 16:00

Oktyabrın 14-də Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas nümayəndə heyəti ilə birgə Səbail rayonunun Druskininkay şəhəri ilə qardaşlaşma əlaqələrinin yaradılması məqsədi ilə ölkəmizə səfəri çərçivəsində “Fəxri Xiyaban”a gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Daha sonra nümayəndə heyəti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət etmişlər.
Litva Respublikasının nümayəndə heyəti “Şəhidlər Xiyabanı”na gələrək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi haqqında, eyni zamanda şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilmişdir.

Keçidlər