Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində Qarabağ müharibəsi əlili və veteranı olmuş Səfərov Qafar Fərhad oğlunun məzarı ziyarət edilmişdir

09 noyabr 2019 | 16:00

Noyabrın 9-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda Qarabağ müharibəsi əlili və veteranı olmuş Səfərov Qafar Fərhad oğlunun məzarı və onun ətrafında aparılan abadlıq işlərinin başa çatması ilə bağlı məzarı ziyarət etmişdir.
Səbail RİH başçısı Vuqar Zeynalov Səfərov Qafar Fərhad oğlunun ailə üzvləri ilə görüşdə bildirmişdir ki: “Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dövlətin siyasətinin sosial yönümlü olmasını və bu siyasətdə Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasının mühüm yer tutduğunu dəfələrlə bəyan edib. Dövlət başçısı dediklərini həm də əməldə göstərməklə hər kəsin böyük sevgisini, rəğbətini qazanıb. Ölkə rəhbərinin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlar ilə görüşməsi, onların problemlərini dinləməsi bir daha onu göstərir ki, bu insanlara dövlət rəhbərliyi tərəfindən böyük diqqət və qayğı var”.
Qarabağ müharibəsi əlili və veteranı Səfərov Qafar Fərhad oğlunun həyat yoldaşı Səfərova Roza Qulu qızı qeyd etmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevanın Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi qayğını biz öz üzərimizdə hiss edir və bundan qürur hissi keçiririk. Bu tədbirlər ildən-ilə genişlənir, çoxalır və biz bunları gördükcə sevinirik, Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevadan çox razıyıq”.
Qeyd edək ki, Səbail RİH başçısı Vuqar Zeynalov bir müddət öncə Səfərov Qafar Fərhad oğlunun ailə üzvləri ilə görüşdükdən sonra Qarabağ müharibəsi veteranının məzarını və ətraf ərazidə abadlıq işlərinin aparılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

 

Keçidlər