Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl və 20-ci yaşayış sahələrində dezinfeksiya işləri davam etdirilir

25 mart 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonun Bayıl və 20-ci yaşayış sahələri ərazisində yerləşən küçələr, yeraltı keçidlərdə, parklar və yaşayış evlərinin ətrafında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dezinfeksiya işləri davam etdirilir.
İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunmuşlar. Rayon ərazisində ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcəkdir.
Eyni zamanda sakinlərimizə Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirik.

Keçidlər