Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirlərlə əlaqədar növbəti videomüşavirə keçirilmişdir

02 iyul 2020 | 16:00

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilmişdir.
Videomüşavirə zamanı ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunmuş, Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.
Qeyd olunan Respublika videomüşavirəsi zamanı verilən tapşırıqların icrası ilə əlaqədar iyulun 2-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə RİH başçısının müavinlərinin, aparatının şöbə müdirlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti videokonfrans keçirilmişdir.
Videomüşavirə zamanı RİH başçısı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail rayonu ərazisində aparılan dezinfeksiya tədbirlərinin gücləndirilməsi, bununla yanaşı fəaliyyətinə icazə verilən xidmət sahələrində vətəndaşlar arasında sıxlıq yaranmaması və ünsiyyət zamanı iki metrlik ara məsafənin saxlanılması ilə bağlı mütəmadi olaraq maarifləndirmə təbdirlərinin həyata keçirilməsi və dəfn mərasimləri istisna olmaqla, digər tədbirlərin təşkilinin qarşısının alınması üçün Səbail Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən maarifləndirmə tədbirlərinin daha da intensivləşdirilməsi ilə əlaqədar müvafiq göstərişlər vermişdir.

Keçidlər