Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir”

19 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə vermişdir. Müsahibədə ilkin olaraq vurğulanmışdır ki, Ermənistan Silahlı Qüvvələri mülki şəxləri hədəfə alır. Bunu bütün dünya dövlətləri birinci Qarabağ müharibəsində düşmənimiz Xocalı soyqırmını törədərək öz faşizmin siyasətini ortaya qoyarkən şahid olmuşdur. Mənfur Ermənistanın belə adəti var ki, döyüş meydanında ordumuzun qarşısında acizliyini və məğlubiyyətini anlayanda qisas almaq üçün mülki əhalini – qoca, qadın, uşaq bilmədən qətlə yetirir. Əlbətdə ki, bu cür xain hücumlar Azərbaycan xalqının iradəsini sındıraraq yolundan döndərə bilməz. Çünki, Azərbaycanda hər bir kəs bir amal uğrunda birləşmişdir, Qarabağın qaytarılması, Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpa edilməsi. Heç kim şübhə etməz ki, xalqımız böyük xalqdır və ona görə də ordumuz mülki şəxslərə atəş açmır, ancaq hərbi hədəfləri vuraraq özünü müdafiə edir. Ermənistan öz ordusunun Azərbaycan Silahlı Qüvvələrin qarşısında acizliyini görüb, atəşkəs elan olunmasını istədi. Bununla yanaşı, Azərbaycan öz mövqeyini ortaya qoyaraq bildirdi ki, humanitar məqsədlər ilə əlaqədar cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq namərd düşmən bundan istifadə edərək ordumuz tərəfindən azad etdiyimiz torpaqları yenidən işğal etməyə cəhd etdi. Lakin rəşadətli ordumuzun iradəsi və əzmi sayəsində düşmənə adekvat cavab verilmişdir. Bu günə qədər 200-dən çox tank, hava hücumuna qarşı 35 OSA, iki S-300 sistemləri məhv edilmiş və 33 tank qənimət kimi götürülmüşdür. Eyni zamanda 170 karqo maşını və 16 komanda mərkəzi zərərsizləşdirmişdir. Nəticə etbarı ilə Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam etməkdədir.
Heç kimə sirr deyil ki, son hərbi münaqişələrdən əvvəl işğal olunmuş ərazilərimizə ermənilər şərait yaradaraq PKK terrorçuları üçün düşərgə qurmuşdur. 30 il ərzində nəzarətsiz qalmış torpaqlarımızda işğalçı dövlətin bütün qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri orda keçmişdir. Üstəlik təcavüzkar Ermənistan  birinci Qarabağ müharibəsində vurduğu milyardlarla ziyanla yanaşı torpaqlarımızın bütün sərvətlərini talan etmişdir. Buna misal olaraq, Ermənistan dövləti Kəlbəcər rayonunun qızıl yataqlarını qanunsuz istismar edərək xarici dövlətlərə satmış və gəlirlər əldə etmişdir. Sözsüz ki, Ermənistanın bu cür səhv addımlarının cavabı olacaqdır. Gəncə şəhərin “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməklə, Ermənistanın Vardenis rayonundan vurulması qəbul edilməzdir. Bəllidir ki, bunu Ermənistanın müharibə coğrafiyasını genişlətmək istəyindən irəli gəlir. Lakin Ermənistan torpağından hərbi məqsədlər üçün istifadə edilən hər bir yer Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaqdır. Bu günədək atılan addımlar və sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları ilə dövlətimizin başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində status-kvo artıq yox edildi. Azərbaycan öz tarixi, əzəli-əbədi torpaqlarında bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda mübarizə aparır. Bu haqlı mübarizəmizdə bizə ilk gündən Türkiyə və Pakistan dəstək olmuşdur. Bundan sonra, Əfqanıstan, Bosniya, Herseqovina və digər ölkələr dəstəklərini ifadə etmişdirlər. Bu dəstəklər ancaq siyasi və mənəvi cəhətdən olmuşdur. Azərbaycanın heç bir xarici hərbi yardıma ehtiyacı yoxdur. Sərhəd qonşularımızın yəni İran və Gürcüstanın öz ərazilərdəki hava məkanını və quru yolları ilə mənfur qonşumuza hərbi silahlarının daşınmaması üçün bağladı. Bütün bunlar bir daha Azərbaycan dövlətinə bu cür şəraitdə kimlərin dəstək olduğunu göstərir.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir, xüsusilə Türkiyə - Azərbaycan birliyi bölgədə sabitlik gətirir. Cənab Prezidentin bildirdiyi kimi: “Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da. Əziz qardaşım Prezident burada olanda demişəm ki, Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk. Heç kim bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə burnunu soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər kimin işinə qarışıb? Heç kimin. Azərbaycan kimin işinə qarışıb? Heç kimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, işbirliyi edək. Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız çatır”. Ümumiyyətlə Türkiyə Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır. Türkiyə dövlətinin Prezidenti və vəzifəli şəxsləri Rusiya dövlətinin və bu məsələyə aid olan digər dövlətlərin həmkarları ilə danışıqları olubdur. Bu da ona əsas verir ki, Türkiyə de-fakto buradadır. Şübhəsiz ki, Türkiyə dövlətinin bu cür inkişaf etməsi və zirvələrə qalxması Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti nəticəsində olmuşdur. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırması və dövlətini onun kimi sevən, ölkəsinin maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan olmadığını hər kəs bilir.
Hər kəs ona inanır ki, qısa müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək və Şuşada bayrağımız dalğalanacaqdır. Bu müharibədə Cənab Prezidentimizi və xalqımızı ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də hərbiçilərimizin  şəhid olmasıdır.  Ancaq torpaqlarımızın azad olunması və müdafiəsi uğurunda bunun baş verməsi qürur vericidir. Odur ki, Azərbaycan xalqının iradəsi sarsılmaz və dövlətimizin başçısına sona qədər etimadı olacaqdır. Prezident İlham Əliyev xalqın etimadını doğruldaraq Ulu Öndərin yolunu uğurla davam etdirmişdir. Ölkə başçısının bildirdiyi kimi: “Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır”.  Buna görədə bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasəti və onun ideyaları ətrafında daha da sıx birləşmişdir.

Keçidlər