Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir

29 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə vermişdir. Prezidenti İlham Əliyev müsahibə zamanı mühüm  məqamlara toxunaraq bildirilmişdir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə Azərbaycan ərazisi intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olmuş və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ümumilik də, sentyabrın 27-də baş vermiş hadisələrə geniş vaxt çərçivəsində baxılmalıdır. Çünki, 27 sentyabr hadisələri gözlənilmədən baş vermiş adi hadisələr olmadığını, Azərbaycan Ermənistanın belə hücum edəcəyini gözlənilən idi. Belə ki, Cənab Prezident, Ermənistanın müharibəyə hazırlaşdığını dəfələrlə öz çıxışlarında və müsahiblərində bildirmişdir. Cari ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Azərbaycanın Tovuz rayonuna Ermənistan silahlı qüvvələrinin hücum etməsi, bundan sonra avqust ayında diversiya-kəşfiyyat qrupu təxribat törətmişdir. Beləliklə, aydın görünür ki, Ermənistanın sentyabrın 27-də başladığı hücum əvvəlcədən planlaşdırılmışdır. Bununlada Azərbaycan da özünü müdafiə etməli və əks-hücum əməliyyatı həyata keçirməli idi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərdən çıxış edərək əzəli, tarixi torpağı olan Dağlıq Qarabağın geri qaytarılması, dünyanın nüfuzlu təşkilatları və beynəlxalq hüquq tərəfindən tanınan suverenliyinin bərpasına başlamışdır. Bu, Azərbaycan üçün elan olunduğu kimi, Vətən müharibəsidir və bu müharibə Azərbaycanın haqqa, ədalətə, bütün beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə uyğun formada aparılmaqdadır. Baxmayaraq ki, 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində göstərilmişdir ki, Ermənistan tərəfi işğal olunmuş torpaqlardan tam, qeyd-şərtsiz və dərhal çıxmalıdır. Azərbaycan tərəfi mövqeyi həmişə konstruktiv olmuş və baza prinsiplərinə əsaslanmışdır. Baza prinsiplərinə uyğun olaraq da, Dağlıq Qarabağa müstəqillik verilməsi barəsində heç bir bənd yoxdur. Faktlar əsasında ortaya çıxmışdır ki, müharibədən əvvəl Dağlıq Qarabağda  40 min azərbaycanlı var idi, həmçinin Dağlıq Qarabağ ətrafında olan yeddi rayonda 700 min nəfər olmuşdur. Lakin mənfur düşmənimiz orada yaşayan Azərbaycan xalqını həm qətlə yetirmiş, həm də çox hissəsini məcburi köçkün və qaçqın etmişdir. Beləliklə, Dağlıq Qarabağda azərbaycanlılar yaşamışdır və ora muxtariyyət verilməsi üçün heç bir əsas yoxdur.
Azərbaycan xalqının və dövlətinin mövqeyi həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsi tərəfdarı olmuşdur. Cari ilin oktyabrın 10-da Moskvada Azərbaycan Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri humanitar atəşkəs barəsində birgə bəyanət vermişdilər. Lakin növbəti gün ermənilər cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini ballistik raketlə atəşə tutdu. Bundan sonrada əldə edilən atəşkəslərə əməl etməyən mənfur düşmənimizə Azərbaycan Ordusu tərəfindən adekvat cavab verilmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması onun terrorçu mahiyyətinin nümayiş etdirir. Eyni zamanda Ermənistan rəhbərliyinin hərbi təxribatları, Ermənistan Baş nazirinin bölgədə gərginliyin artması məqsədini güdən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən məsuliyyətsiz bəyanatları və addımları göz önündədir. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətə görə ölkənin Baş naziri və Müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır. Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi, Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir. Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməli, beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir. Bundan sonra yenidən Azərbaycan atəşkəsə hazırdır.
Hazırda Azərbaycan Silahlı Qüvvələri sülhməramlı niyyətini həyata keçirir və sülhün bərqərar olunmasını istəyir. Buna görədə Azərbaycan işğal olunmuş ərazilərdə heç bir qəsəbəyə, mülki obyektə hücum etmir. Ermənistandan fərqli olaraq ordumuz mənfur düşmənin hərbi bazalarını və hərbi infrastruktur məhv edir. Ötən gün ərzində Ermənistanın 230-dan çox tankını, 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini və yüzlərlə zirehli texnikasını məhv edilmişdir. Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları öz imkanları ilə uğurla yerinə yetirir. Buna görədə Azərbaycan Suriyadan və Liviyadan hər hansı muzdlunu burada döyüşməsinə ehtiyac yoxdur. Cənab Prezidentin bildirdiyi kimi: “Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir”. Beləliklə, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü görmək olar.
Bu gün həm də Azərbaycan xalqının öz dost və düşmənini açıq şəkildə ayırd etməsi zamanıdır. Türkiyənin bu məsələdə iştirakı ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyev Türkiyə Azərbaycana siyasi dəstək verdiyini diqqətə çatdırmışdır. Şübhəsiz ki, Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsində yer almağa davam edəcəkdir. Son illər ərzində qardaş ölkəmiz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə ilə tərəfdaşdır. Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi bu gün ən yüksək səviyyədədir. Sözsüz ki, dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir. Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğumuz qəti və birmənalı mövqeyə, haqq işimizə verdikləri tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.
Beləliklə, dünyadakı və regiondakı mövcud şərtlər Silahlı Qüvvələrimizin zəfər yürüşünü heç bir şəkildə əngəlləmir. Hər şeydən öncə cənab İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya müharibəsində dövlətimizin mövqeyini peşəkarlıqla izah və müdafiə edir. Ali Baş Komandanımız dünyanın aparıcı KİV-lərinə çoxsaylı müsahibələrində ölkəmizin mövqeyini, atılan addımların məntiqini aydın şəkildə, səlis izah edir, düşmənin və onun havadarlarının iddialarını əks-arqumentlərlə ifşa edir. Buna görədə Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Biz torpaqlarımızı işğaldan azad edəcəyik.

Keçidlər