İctimai Şura
Elan
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından və vətəndaş cəmiyyəti institutu nümayəndələrindən ibarət seçki komissiyası yaradılmışdır.
16.06.2026-cı il tarixdən etibarən 20 iş günü müddətində Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 14.07.2026-cı il tarixdə başa çatacaqdır. Seçkidə iştirak etmək istəyən şəxslər Səbail RİH yanında İctimai Şuraya müraciət edə bilər.
Seçki 15 iyul 2026-cı il tarixində Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcəkdir.
Qeyd: Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:
- səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- təmsil etdiyi vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;
- namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).






