Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub.
Fevralın 23-də Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunmuşdur.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaq məqsədilə Səbail rayonunda RİHBA-nın əməkdaşlarının, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və mobil qrup üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər davam edir.
17.02.2021-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş videokonfransın rayon mərhələsində qalib gələn şagirdlərlə görüş keçirilmişdir.
Tədbir Azərbaycan Gənclər İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Səbail rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, "Davam" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.