İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Vuqar Teyyub oğlu Zeynalov 1976-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifələrini icra edib.
2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində çalışıb.
2015-2018-ci illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir, iki övladı var.