Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

Respublikamızın paytaxtı Bakı şəhərinin mərkəzi və ən qədim rayonu olan Səbail rayonu Abşeron yarımadasında, şəhərin mərkəzi hissəsində Xəzər sahili boyunca yerləşir. Səbail rayonu Nəsimi, Yasamal və Qaradağ rayonları ilə həmsərhəddir.
Rayonun ərazisi 29 kvadrat kilometrdir.
Səbail rayonunda 2 qəsəbə – Badamdar və Bibiheybət qəsəbələri vardır. Rayonda 3 Bələdiyyə – Səbail, Badamdar və Bibiheybət bələdiyyələri fəaliyyət göstərir.
Rayonun Bibiheybət buxtasında, 20-ci yaşayış sahəsindəki ərazisinin bir hissəsi Dövlət Neft Şirkətinə aid torpaqlara aiddir ki, «Bibiheybətneft» NQÇİ tərəfindən burada neft çıxarılması davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarixi Memarlıq Qoruq, Dənizkənarı Bulvar və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələri də Səbail rayonunu inzibati ərazisində yerləşirlər.
 

Keçidlər