Rayon haqqında
İqtisadiyyat
Səbail rayonunda iqtisadiyyatın demək olar ki, bütün sahələri (kənd təsərrüfatı istisna olmaqla) inkişaf etmişdir. Sənaye və tikinti sahəsində bu inkişaf daha çox özünü biruzə verir.
Sənaye sahəsində özəl müəssisələrin payı 97,1 % təşkil edir ki, bunun da 99,3 %-i mədənçıxarma sənayesinin payına düşür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və onun bir sıra müəssisələri, o cümlədən «Bibiheybətneft» NQÇİ, Xəzər Dəniz Gəmiçiliyi Səbail rayonunda yerləşirlər.
Rayonun sənayesində, əsas etibarı ilə neft sənayesində, neft-qaz yataqlarının işlənməsi işlərində BP – Beynəlxalq Əməliyyat Şirkəti, Lukoyl-Azərbaycan (Rusiya), Exxon-Mobil (ABŞ), Shell-Exroloration (Hollandiya-Böyük Britaniya), Statiol-Azərbaycan (Norveç), Total (Fransa) şirkətləri, enerji sahəsində Siemens (Almaniya) şirkəti və s. fəaliyyət göstərirlər.
2016-cı ildə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 19 milyard 987,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artmışdır.
2017-ci ildə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz (fiziki həcm indeksi ilə) artmışdır.
2017-ci ildə iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,5 faiz çoxdur. Görülmüş iş və xidmətlərin 6,7 %-i dövlət müəssisələri tərəfindən, 93,3 %-i qeyri –dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir.
2017-ci ildə rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (müqayisəli qiymətlərlə) 8.9 faiz azdır. Əldə olunan gəlirin 67,5 faizi dövlət, 32,5 faizi isə qeyri-dövlət müəssisələri tərəfindən əldə olunmuşdur.
2017-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azdır.
Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 5.528,0 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 0,3 faiz azdır.
Fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yanvar-dekabr aylarında yerinə yetirilmiş podrat işlərinin həcmi 1.140, 5 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,4 faiz (faktiki qiymətlərlə) azalmışdır.
Səbail rayonunda 419 kiçik və 197-i iri olmaqla 616 özəl müəssisə fəaliyyət göstərir. Bu müəssisələr içərisində 26 özəl iri sənaye müəssisəsi vardır ki, bu müəssisələr rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayırlar. Bu müəssisələr misal olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, Shlumberger Logelco İnc. (Panama Respublikası) nümayəndəliyi, Kaspian Şiruard Kompani Limited müştərək müəssisəsi, Gobustan Operating Compani LTD şirkətinin nümayəndəliyi, Nobel Oil LTD şirkətinin Azərbaycandakı filialını göstərmək olar.
Tikinti sahəsində də özəl sektorun inkişafı nəzərə çarpacaq dərəcədə öz əksini tapır. Belə ki, «Azfen birgə müəssisəsi», «Tekfen İnşaat və Təsisat A.S. şirkətinin nümayəndəliyi», «Azinko Holdinq MMC», «Paşa inşaat məhdud məsuliyyətli cəmiyyəti» kimi iri özəl tikinti şirkətləri Səbail rayonunun tikinti quruculuq işlərində yaxından iştirak edirlər.